Odlar Yurdu Universitetinin müəllimi “İlin alimi” seçildi

24 Yanvar, 2018

Odlar Yurdu Universitetinin müəllimi “İlin alimi” seçildi

Odlar Yurdu Universitetinin Dillər kafedrasının professoru, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü, “Qızıl Kəlam” və “Əli bəy Hüseynzadə” mükafatı laureatı, tənqidçi-ədəbiyyatşünas alim Rüstəm Kamal, ədəbiyyatşünaslıq elminin inkişafına verdiyi töhfələr və 2017-ci ildəki səmərəli elmi fəaliyyəti nəticəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “İlin alimi” adına layiq görülmüşdür.

“İlin alimi” diplomunu və döş nişanını alimə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibəyli təntənəli şəkildə təqdim etmişdir.