Tələbələrimiz Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışında iştirak etmişdir

13 Oktyabr, 2017

Tələbələrimiz Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirə lövhəsinin açılışında iştirak etmişdir

13 dekabr 2017-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanı, idman ustası və batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıyan küçədə xatirə lövhəsinin açılışı keçirilib. Tədbirdə Nərimanov və Qubadlı rayonlarının rəhbərliyi, Milli Qəhrəmanın ailəsi, yaxınları, döyüş yoldaşları, rayon gəncləri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir öncəsi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Odlar Yurdu Universitetinin bir qrup fəal tələbəsi də bu əlamətdar tədbirdə iştirak edib. Çıxış edənlər Əliyar Əliyevin yalnız Qubadlı rayonunun deyil, bütün xalqımızın fəxarətlə andığı və daim qəlblərdə uca tutduğu igid bir Vətən övladı olduğunu vurğulayıblar. Onun sərgilədiyi igidlik və qəhrəmanlıq gənc nəslə örnək olaraq qalır. Əliyar Əliyevin döyüş təcrübəsi və şücaəti, maddi-texniki bazası hər an təkmilləşən şanlı ordumuzun Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında düşmən üzərindəki qələbələrində mühüm rol oynayıb.

Tədbirdə, Milli Qəhrəmanın döyüş yoldaşı, milli ordunun zabiti Sadiq Paşayev də çıxış edərək, Əliyar Əliyevin döyüşlərdəki igidliyi və bacarıqlı komandirlik qabiliyyətinə görə onun və digər döyüş yoldaşlarının xüsusi təltiflərə layiq görüldüyünü fəxrlə qeyd edib.

Sonda Milli Qəhrəmanın xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.