Odlar Yurdu Universitetində 2018-2019-cu tədris ilində dizayn ixtisasında 4 istiqamət üzrə seçim tələbələrin ixtiyarına verilir. Bunlar aşağıdakılardır:
Gənclərə təqdim etdiyi müasir biliklərlə populyar olan Odlar Yurdu Universiteti dizayn ixtisası üzrə də dünyada mövcud olan müasir metodikalardan istifadə edəcəkdir. Belə ki, gənclərə həm əyani, həm praktiki biliklər aşılanacaq və dərslər yeni qurulmuş multimedia mərkəzində aparılacaqdır. Universitet bu sahədə öz işini özəl sektorla sıx şəkildə quracaq, universitet tələbələri hətta məzun olmadan işlə təmin olunacaqlar.
Eyni zamanda, Odlar Yurdu Universitetində bakalavr və magistr dərəcəsi üzrə təhsilini uğurla tamamlayan gənclər, xüsusi attestasiyadan sonra İsveçrənin Swiss Montro Biznes Məktəbinin də diplomunu əldə edəcəklər. Təhsil aldığı dövr ərzində tələbələr, İsveçrənin Swiss Montro Biznes Məktəbində, o cümlədən Avropanın digər aparıcı təhsil ocaqlarında qısa müddətli və uzun müddətli proqramların da iştirakçısı ola biləcəklər.
Tədris prosesində həmçinin dizayn sahəsində məşhur şirkətlərin təlimləri təşkil olunacaq, bu təlimlərdən sonra iştirakçılara xüsusi sertifikatlar təqdim olunacaq.
Odlar Yurdu Universitetində bakalavr, magistr və doktorantura pillələri üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir. Tələbələrə təhsil haqqını hissə-hissə ödəmək imkanı yaradılır.