Beynəlxalq münasibətlər İxtisasının yüksək ballı məzunu: Selyukova Aleksandra Valeriyevna

20 İyul, 2018

Beynəlxalq münasibətlər İxtisasının yüksək ballı məzunu: Selyukova Aleksandra Valeriyevna

Bu il universitetimizdən yüksək nəticələrlə məzun olan tələbələrdən biri, Beynəlxalq Münasibətlər ixtisasının tələbəsi Selyukova Aleksandra Valeriyevna oldu.

Aleksandra, 2012-2017-ci illərdə “VIP Aviation Services Company” şirkətində mütəxəssis olaraq fəaliyyət göstərmişdir. 2018-ci ilin fevral ayından etibarən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışır.

Aleksandra təhsil illərini belə xatırlayır: "Bu illər ərzində Odlar Yurdu Universitetini və mənə dərs deyən müəllimləri çox sevdim. Həm işləyib, həm də oxumaq çətin olsa da, bizim müəllimlərin sayəsində bütün tədris proqramını tam mənimsəyə bildim və imtahanlardan müvəffəqiyyətlə keçərək yüksək nəticə əldə etdim. Buna görə və ümumilikdə aşıladığı bütün gözəl dəyərlərə görə universitetimə minnətdaram. Odlar Yurdu Universiteti mənim üçün bir ailədir."

Aleksandraya universitet həyatında qazandığı bu uğurları və gələcəkdəki peşəkar inkişafında uğurlar arzulayırıq.