24 sentyabr - 1 oktyabr 2018-ci il tarixlərində Samara Dövlət Politexnik Universitetinin rəhbərliyi altında rektor, prorektorlar və bir qrup professor-müəllimlərdən ibarət 23 nəfərlik nümayəndə heyəti Odlar Yurdu Universitetinə səfər edib. Səfərin əsas məqsədi Azərbaycanı daha yaxından tanımaq və ölkəmizin tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə tanış olmaq idi. Heyət üzvləri Azərbaycan təbiətinin gözəlliklərini, tarixi yerləri və muzeyləri ziyarət edərək ölkəmizin zəngin irsini öyrənmişlər.
Səfərin mühüm istiqamətini Azərbaycanın neft tarixini və sənayesini öyrənmək təşkil edib. Nümayəndə heyəti, Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə “SOCAR” Azneft İstehsalat Birliyi Abşeronneft Neft-Qaz Çıxarma İdarəsinə işgüzar səfər edib. Burada keçirilən qarşılıqlı müzakirələr zamanı Azərbaycanın neft sənayesinin milli iqtisadiyyatın inkişafındakı əhəmiyyəti və ölkəmizin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri olan neft strategiyasının rolu müzakirə edilib.
Səfər çərçivəsində Odlar Yurdu Universitetinin qonaqları ilə belə görüşlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi vurğulanıb. Sonda kursu müvəffəqiyyətlə bitirənlər Sertifikat və qiymətli hədiyyələrlə təltif edilib. Bu səfər, həmçinin universitetlər arasında əməkdaşlığın inkişafına və elmi mübadiləyə təkan verən bir addım olub.