Odlar Yurdu Universitetində 2022/2023-cü tədris ilinin başlanması ilə bağlı müşavirə keçirilmişdir

16 Sentyabr, 2022

Odlar Yurdu Universitetində 2022/2023-cü tədris ilinin başlanması ilə bağlı müşavirə keçirilmişdir
16 Sentyabr 2022-ci il tarixində Odlar Yurdu Universitetinin professor və müəllim heyətinin müşavirəsi keçirilmişdir.
Müşavirədə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev yeni 2022/2023-cü tədris ilinin başlanması münasibətilə OYU-nun professor-müəllim heyətini təbrik etdi və qarşıda duran vəzifələrə dair ətraflı danışdı.
Rektor təhsildə keyfiyyətin artırılmasını əsas məqsədlərdən biri olduğunu vurğuladı. Bu məqsədlə kafedralarda dərslər üzrə kordinator vəfizəsinin təsis edilməsi uyğun görüldü. Kafedralara mütəmadi olaraq təhsil və elmi tədqiqat sahələrində seminarların keçirilməsi və universitetdə keyfiyyətin təminatı üçün aylıq, yarımillik və illik qiymətləndirmə sistetimin tətbiq edilməsi haqqında tapşırıq verildi.