Odlar Yurdu Universitetinin kitabxanasına kitablar hədiyyə edilib

19 Sentyabr, 2022

Odlar Yurdu Universitetinin kitabxanasına kitablar hədiyyə edilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalibi olmuş “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsinin nəticəsi olaraq sahə üzrə dünya şöhrətli alim - Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTU) professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş 60 ədəd “Nəzəriyyədən təcrübəyə İnsan - Kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabı Odlar Yurdu Universitetinə hədiyyə olunmuşdur.