Odlar Yurdu Universitetindən 150-200 bal toplayan abituriyentlərə müjdə!
21 İyun, 2019
Odlar Yurdu Universiteti 2019/2020-ci tədris ili üçün müəyyən ixtisaslara minimal 150 balla tələbə qəbulunu elan edir. İxtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Keçid balı 150 olan ixtisaslar:
I qrup:
İstehlak mallarının ekspertizası və marketinqi
II qrup:
Turizm və otelçilik
Marketinq
Biznesin idarə edilməsi
Kommersiya
III qrup:
Sosial iş
IV qrup:
Ekologiya
Təhsil Azərbaycan, rus və ingilis bölmələrində aparılır. Bütün ixtisaslar üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir. Təhsil haqqını hissə-hissə ödəmək imkanı mövcuddur. Kəsiri olmayan tələbələr dövlət təqaüdü qazana bilərlər. İkili diplom proqramı çərçivəsində məzunlar Odlar Yurdu Universiteti və İsveçrənin Swiss Montreux Business School diplomunu əldə edəcəklər. Eyni ixtisas qrupunda təhsil alan tələbələrə ikinci ixtisas üzrə də diplom almaq imkanı verilir. Bütün ixtisaslar üzrə ikinci ali təhsil almaq mümkündür. Təhsil müddətində universitetin institutlarında, texnoparkında və müxtəlif mərkəzlərində praktik hazırlıq təşkil olunur.
Ətraflı məlumat üçün: Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13 Tel.: (+99412) 465 82 00, (+99455) 860 80 64 E-poçt:[email protected] Veb sayt:www.oyu.edu.az
Ətraflı məlumat üçün Odlar Yurdu Universitetinin Abituriyent Məlumat Mərkəzinə müraciət edə bilərsiniz!