Universitet əməkdaşımız Sevinc Məhərrəmova beynəlxalq konfransda uğurla iştirak edib

07 Sentyabr, 2020

Universitet əməkdaşımız Sevinc Məhərrəmova beynəlxalq konfransda uğurla iştirak edib

Odlar Yurdu Universitetinin “Biologiya, Psixologiya və Pedaqoji fənlər” kafedrasının müəllimi Sevinc Məhərrəmova, Qazaxıstanın Nur-Sultan (Astana) şəhərində keçirilən “Qlobal elm və innovasiyalar 2020: Mərkəzi Asiya” (GSI 2020) adlı beynəlxalq elmi-praktik konfransda uğurla iştirak etmişdir. Təqdim etdiyi məqalə beynəlxalq indeksli elmi jurnal olan “Qlobal elm və innovasiyalar 2020: Mərkəzi Asiya”da nəşr edilmişdir. Həmçinin, Sevinc Məhərrəmova konfransa qatıldığı üçün Sertifikatla təltif olunmuşdur.