Odlar Yurdu Universiteti ağır itki ilə üzləşib

07 May, 2021

Odlar Yurdu Universiteti ağır itki ilə üzləşib

Odlar Yurdu Universitetinin “İnformasiya texnologiyaları sistemləri və Texnopark” institunun direktoru, “İnformasiya texnologiyaları və mühəndislik” kafedrasının müəllimi, professor Rzazadə Etibar Mütəllim oğlu vəfat edib.

Rzazadə Etibar Mütəllim oğlu 22 oktyabr 1954-cü ildə Bakı şəhərində anadan olub. 1971-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakultəsində ali təhsil alıb. İnformasiya texnologiyaları və kompüter mühəndisliyi sahəsində yerli və beynəlxalq konfranslarda 100-dən çox məqaləsi çap olunub və bir çox nominasiyalar üzrə təltif olunub. O, həmçinin üç kitabın müəllifidir və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Etibar Rzazadə həmçinin bədii oyma sənəti ilə peşəkar şəkildə məşğul olub. 2017-ci ildən Odlar Yurdu Universitetində fəaliyyətə başlayan Rzazadə, 2019-cu ildə “Ümumitexniki fənlər və mühəndislik” kafedrasının müdiri, 2020-ci ildən isə “İnformasiya texnologiyaları sistemləri və Texnopark” institunun direktoru vəzifəsində çalışıb.

Odlar Yurdu Universitetinin rəhbər və akademik heyəti adından mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirik.

Allah rəhmət eləsin!