Odlar Yurdu Universitetində təhsil alan tələbələr yüksək elmi biliklər almaq və təhsildə əldə etdikləri uğurlara görə fərqlənməklə yanaşı, həm də diqqətəlayıq xüsusi istedada malikdirlər. Belə tələbələrdən biri də universitetin Tərcümə ixtisasının 941 TR qrup tələbəsi Əliyeva Ceylanadır. Ceylana Cavanşir qızı Əliyeva 25 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-ci ildə 91 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirmiş, 2011-ci ildə Bakı Komputer Kollecinin Mühasibat uçotu ixtisasına qəbul olmuşdur. Təhsil aldığı dövrdə müxtəlif yerlərdə işləmiş və ictimai fəaliyyətlə məşğul olmuşdur. 2014-cü ildə isə Odlar Yurdu Universitetinin Tərcümə ixtisasına daxil olmuş və hazırda 4-cü kursda təhsil alır.
Ceylana Əliyevanın 2016-cı ildə yazdığı və gənc yazar kimi ilk kitabı olan "Həmişəlik Birlikdə" (Вместе навсегда) adlı əsəri işıq üzü görüb. Bu kitab, kitabsevərlər tərəfindən böyük maraqla qarşılanacağına ümid edir və gələcək fəaliyyətində tələbəmizə uğurlar arzulayırıq.