Odlar Yurdu Universitetində tələbələr, kitabxana ilə fəal dərsin birgə tətbiqinin canlı şahidi oldular. Magistr pilləsində təhsil alan tələbələrin "Ali məktəb pedaqogikası" fənninin tədrisi prosesindəki fəallığı, universitetin zəngin kitabxana fondu və İKT-nin istifadəsi dərsin yüksək səviyyədə keçirilməsinə zəmin yaratdı.
Dərs zamanı tələbələrin fəaliyyətinin stimullaşdırılması, müasir kitabxana modelinin tətbiqi, səmərəli kitabxana işinin qurulması və kurikulumun kitabxanada tədris prosesinə inteqrasiyası mövzuları üzrə maarifləndirmə işləri aparıldı. Müxtəlif ədəbiyyatlardan və elektron resurslardan istifadə edərək, tələbələr dərsin məzmununu əhatəli və faydalı şəkildə öyrəndilər. Yaxşı planlaşdırılmış, aydın məqsədi olan fəal dərs baş tutdu və tədrisin effektivliyi yüksək səviyyədə təmin olundu.