Odlar Yurdu Universiteti və Odlar Yurdu Kolleci Tələbə Elmi Cəmiyyəti “Maarifləndirmə proqramı” çərçivəsində tələbələr üçün Milli İncəsənət Muzeyinə maraqlı bir ekskursiya təşkil edib. Ekskursiyada Elmi işlər üzrə prorektor, professor Tərlan Abdullayev, Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə və Tələbə Elmi Cəmiyyətinin qrup üzrə sədrləri, həmçinin digər tələbələr də iştirak ediblər.
Ekskursiya zamanı tələbələrə Azərbaycanın ən qədim və müasir dövrünü əhatə edən incəsənət abidələri, həmçinin yerli və xarici rəssamların əsərləri barədə məlumat verilib. Muzeydəki əsərlər tələbələrə zəngin mədəni irsimizi və incəsənət dünyasının müxtəlif istiqamətlərini tanıtdı. Bu tədbir, gənclərin mədəniyyətə və sənətə olan marağını artırmaqla yanaşı, onların dünyagörüşünü genişləndirmək üçün dəyərli bir fürsət oldu.
Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi bu cür maarifləndirici tədbirlər, tələbələrin mədəni inkişafını dəstəkləyir və onların akademik fəaliyyətinə müsbət təsir göstərir. Bu ekskursiya, həmçinin gəncləri Azərbaycanın zəngin tarixini və mədəni irsini daha yaxından tanımağa dəvət edir.