Odlar Yurdu Universitetində, gənclərin əmək bazarına inteqrasiyasını dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi ilə “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil olunub.
Tədbirin məqsədi, universitetin tələbələrini əmək bazarına hazırlamaq və onların iş həyatına atılmalarına dəstək verməkdir. Yarmarkada müxtəlif şirkətlərin və təşkilatların nümayəndələri iştirak edərək, tələbələrə iş imkanları və karyera inkişafı ilə bağlı məlumatlar veriblər.
Tələbələr, müxtəlif sahələr üzrə mütəxəssislərlə görüşərək öz potensiallarını təqdim etmək və iş axtarışı ilə bağlı ətraflı məlumat almaq imkanı əldə ediblər. Tədbir, gənclərin iş dünyası ilə tanışlığına və iş bazarına uyğun bacarıqlarını inkişaf etdirmələrinə böyük töhfə verib.
Bu cür təşəbbüslər, gənclərin iş həyatına asan və uğurlu keçidini təmin edərək, onlara gələcək karyeralarında uğur qazanmaları üçün vacib bir addım olur.