Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar, 2018

Odlar Yurdu Universitetinin Yaradıcılıq İnstitutu Şəhidlər Xiyabanını ziyarət edib

Odlar Yurdu Universitetinin Tədbirlərin Təşkili və Yaradıcılıq İnstitutu, Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup tələbə “20 Yanvar-Ümumxalq Hüzn Günü” münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı iştirakçılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfillər düzüblər.

Şəhidlər Xiyabanında həmçinin Odlar Yurdu Universitetinin və Odlar Yurdu Kollecinin tələbələrinin iştirakı ilə “Biz Unutmadıq!” adlı filmin çəkilişi həyata keçirilib. Filmin əsas məqsədi 20 Yanvar şəhidlərini yad etmək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi faktları və həqiqətləri gənclərin diqqətinə çatdırmaq, həmçinin yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin güclənməsinə nail olmaqdır.

28 il əvvəl baş vermiş qanlı 20 Yanvar hadisəsi, xalqımızın yaddaşında faciə kimi qalsa da, bu tarix həm də milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən biridir. Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərin və mərd Vətən övladlarının qəhrəmanlıq mübarizəsini böyük hörmət və ehtiramla yad edir, onların igidliklərini yüksək qiymətləndirir.