Odlar Yurdu Universiteti Xaricdə təqaüdlə təhsildə ilkə imza atdı

11 İyun, 2018

Odlar Yurdu Universiteti Xaricdə təqaüdlə təhsildə ilkə imza atdı

Odlar Yurdu Universiteti, Xaricdə Təhsil Mərkəzinin fəaliyyətə başlaması ilə Azərbaycanda bir ilkə imza atıb. Artıq Türkiyə universitetlərində təhsil almaq istəyən tələbələr, Türkcə Hazırlıq Kursunu Odlar Yurdu Universitetinin TÖMER Mərkəzində oxuya biləcəklər. TÖMER sertifikatı, Türkiyədə rəsmi olaraq tanınır və bu, abituriyentlərə böyük üstünlük verir. Məsələn, bu kursu uğurla bitirənlər, Türkiyənin Kastamonu Dövlət Universitetinin YÖS imtahanını keçərək, birbaşa I kursdan ödənişsiz ali təhsil alma imkanı əldə edəcəklər.

10-11-ci sinif şagirdləri, Odlar Yurdu Universitetinin TÖMER Mərkəzində oxuyaraq, həm Türkiyə universitetlərinə birbaşa qəbul ola bilər, həm də Türkcə hazırlıqlarını Azərbaycanda tamamlayaraq, Türkiyəyə getdikdə ali təhsilini bir il tez başa çatdırmaq imkanı qazanacaqlar.

Xaricdə Təhsil Mərkəzində yalnız TÖMER kursları deyil, həmçinin İELTS, TOEFL, SAT, ALES və YÖS kursları da fəaliyyət göstərir. Mərkəzə müraciət edən tələbələr, istədikləri ixtisas üzrə Bakalavr və Magistr dərəcəsi almaq üçün 100% təminatla universitetlərə qəbul olunacaqlar.

Yay tətilində olan tələbələr, xarici universitetlərdə oxuduqları bəzi fənlər üzrə dərsləri Odlar Yurdu Universitetində ala biləcəklər və bu dərslər, xaricdə təhsil aldıqları universitetlərdə kredit olaraq tanınacaq.

Mərkəz, xaricdə təhsil almağa gedən tələbələrə viza, qarşılanma, yerləşdirmə, siğorta və sənədləşmə kimi bir çox mövzuda dəstək təqdim edir. Həmçinin bəzi universitetlərdə təhsil haqqı ödənişindən azad olmaq imkanları da mövcuddur. Məzun olduqdan sonra isə, Odlar Yurdu Universitetinin Xaricdə Təhsil Mərkəzi tələbələrə diplomların tanınması ilə bağlı hüquqi dəstək təmin edəcək.

Ən gözəl tərəfi isə, Odlar Yurdu Universitetinin Xaricdə Təhsil Mərkəzi, Qarabağ şəhidləri və əlillərinin övladlarına ödənişsiz xidmət göstərir. Bu təşəbbüs, universitetin sosial məsuliyyətini və gənc nəslin inkişafına verdiyi dəstəyin göstəricisidir.