Odlar Yurdu Kollecin boş qalan yerlərinə ixtisas seçimi 2 oktyabr saat 23:59-dək internet vasitəsilə aparılır

28 Sentyabr, 2022

Odlar Yurdu Kollecin boş qalan yerlərinə ixtisas seçimi 2 oktyabr saat 23:59-dək internet vasitəsilə aparılır

Diqqət! Diqqət!

Odlar Yurdu Kollecin boş qalan yerlərinə ixtisas seçimi 2 oktyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Dövlət İmtahan Mərkəzinin qərarı ilə Odlar Yurdu Universitetində yaradılmış Abituriyent Məsləhət Mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali təhsil müəssisələrinə ərizə qəbulu, abituriyentin elektron ərizəsinin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.
Mərkəz ödənişsiz fəaliyyət göstərir!

İş vaxtı: həftə içi saat 10:00-dan - 17:00-kimi.
Ünvan: Koroğlu Rəhimov küç, 13 AZ1072 (OYU-nun inzibati binası).
Əlaqə: 055-465-85-27.