Odlar Yurdu Universitetinin Strateji İnkişaf və Layihələr Departamentinin rəhbəri Zaur Məmmədov Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı" çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi" mövzusunda beynəlxalq konfransda iştirak edib.
Konfransda iştirak edən Zaur Məmmədov, universitetin beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyətləri və təhsil sahəsindəki yenilikləri barədə geniş məlumat verib. Bu tədbir Şərq Tərəfdaşlığı ölkələri arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə keçirilmişdir. Zaur Məmmədov, tədbirdə əldə olunan təcrübələrin və müzakirələrin, həmçinin beynəlxalq əməkdaşlıq imkanlarının gələcəkdə Odlar Yurdu Universitetinin inkişafına əhəmiyyətli töhfələr verəcəyini vurğulayıb.