Odlar Yurdu Universitetində “İş Yeri Axtarma, İş Yeri Yarat” adlı görüş keçirilib

10 Dekabr, 2019

Odlar Yurdu Universitetində “İş Yeri Axtarma, İş Yeri Yarat” adlı görüş keçirilib

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Odlar Yurdu Universitetində tələbələr üçün “İş yeri axtarma, iş yeri yarat” adlı görüş təşkil olunmuşdur. Görüşün əsas məqsədi gənclərin kiçik biznes quruculuğuna marağını artırmaq, onların sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də bu sahəyə maraqlı olan gənclər üçün müvafiq şəraitin yaradılması olmuşdur.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının aparıcı mütəxəssisi Nurlana Həsənova, “AG Group” MMC-nin direktoru Mehparə Məmmədova və “Karvan - L” MMC-nin İcraçı direktoru Rəna Qafarova geniş təqdimatla çıxış ediblər. Natiqlər tələbələrə uğurlu karyera qurmağın sirlərini paylaşmış, sahibkarlıq düşüncə tərzinin təşviqi və sahibkarlıq ruhunun formalaşdırılması istiqamətində öz təcrübələrini bölüşüblər.

Həmçinin, tədbirdə dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilən tədbirlər, gənclər üçün biznes layihələrinin vacibliyi və sahibkarlığın inkişafı yönündə atılan addımlar da müzakirə olunub.