Odlar Yurdu Universitetinin Elmi-metodiki və Təhsil Şuralarının birgə iclası keçirilmişdir

27 Sentyabr, 2022

Odlar Yurdu Universitetinin Elmi-metodiki və Təhsil Şuralarının birgə iclası keçirilmişdir

27 Sentyabr 2022-ci ildə Odlar Yurdu Universitetinin elmi-metodiki və təhsil şuralarının birgə 2022-2023-cü tədris ilində ilk iclası olmuşdur. İclas zamanı elmi-metodiki şuranın sədri prof. T.S.Abdullayev iclasın gündəliyində duran məsələlər ilə iclas iştirakçılarını tanış etmişdir. İclasın gündəliyində universitet üçün əsas və vacib məsələrdən biri olan tədris və akademik keyfiyyət təminatının ölçülməsi və dəyərləndirilməsi üçün hazırlanmış meyarların müzakirəsi idi.
OYU-nun beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektoru prof. F.S.Məmmədov bu məsələ ilə bağlı ümumi məlumat vermişdir və iclas iştirakçılarını tanış etmişdir.
İclasda Odlar Yurdu Universitetinin tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru dos. Q.A.Qafarov və iqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov hazırlanmış meyarlar haqqında tövsiyələrini vermişdilər.
İclas kafedra müdirlərinin müzakirələrdə aktiv iştirakı ilə gerçəkləşmişdir.