Odlar Yurdu Universitetinin Dillər kafedrası əməkdaşlarının beynəlxalq konfransdakı uğuru

27 Sentyabr, 2022

Odlar Yurdu Universitetinin Dillər kafedrası əməkdaşlarının beynəlxalq konfransdakı uğuru

28 Avqust 2021-ci ildə Hindistanın ev sahibliyi etdiyi və bir çox ölkələrin iştirakı ilə baş tutmuş “ICIDR International Journal of Social Sciences (İSSC 2021) beynəlxalq onlayn konfransında Odlar Yurdu Universitetinin Dillər kafedrasının əməkdaşları iştirak etmişdilər.

Kafedranın dosenti Ülviyyə Nəsirova və baş müəllimi Samirə Həsənova "Distance education in different countries" adlı məqalə ilə beynəlxalq konfransda iştirak edərək Odlar Yurdu Universiteti adından Azərbaycanı layiqincə təmsil etmişdilər.

İtaliya, İspaniya, Fransa, Avstraliya və bu kimi 10-larla xarici ölkələrdən konfransa təqdim edilmiş məqalələr sırasında Odlar Yurdu Universitetinin əməkdaşlarının məqaləsi seçilmiş və "Google Scholar" indeksli “ICIDR International Journal of Interdisciplinary Research” beynəlxalq jurnalında 27.09.2022-ci ildə dərc olunmuşdur.