Odlar Yurdu Kollecinin tələbəsi Malik Xeyirbəyov şəhid olub

31 Oktyabr, 2020

Odlar Yurdu Kollecinin tələbəsi Malik Xeyirbəyov şəhid olub

Odlar Yurdu Kollecinin Turizm ixtisası üzrə tələbəsi, əsl qəhrəman, Xeyirbəyov Malik Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Azərbaycanın azadlığı və suverenliyi uğrunda canını fəda edərək Vətəninə olan borcunu şərəflə yerinə yetirmişdir.

Malik Xeyirbəyovun ölüm xəbəri universitet və kollecin bütün kollektivi üçün böyük bir itki olmuşdur. Universitet rəhbərliyi və tələbələr şəhidimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, bu ağır itkini bölüşürlər. Şəhidimizin ruhu qarşısında baş əyir, ona Allahdan rəhmət diləyirik.

Bu qəhrəmanlıq, Vətən uğrunda mübarizənin nə qədər şərəfli və müqəddəs olduğunu bir daha sübut edir. Şəhidlərimizin xatirəsi hər zaman qalacaq, onların göstərdiyi fədakarlıq və igidlik gələcək nəsillərə örnək olacaqdır.

Şəhidlərimizin əziz xatirəsi daim yaşayacaq!