“Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara Fransa Respublikasının paytaxtı Parisdə start verilmişdir

04 Oktyabr, 2022

“Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara Fransa Respublikasının paytaxtı Parisdə start verilmişdir

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində 3-7 oktyabr tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminara Fransa Respublikasının paytaxtı Parisdə start verilmişdir. Rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilən seminara Fransa universitetləri və Fransa Beynəlxalq Təhsil təşkilatı ev sahibliyi edirlər. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, 15 Azərbaycan universitetindən 3 rektor, 20 müxtəlif sahələr üzrə prorektor və digər rəhbər şəxslər iştirak edirlər. Qeyd edək ki, konfransda Odlar Yurdu Universitetini Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru Qabil Qafarov təmsil edir.
Tədbirdə Fransa universitetlərinin prezidentləri və səlahiyyətli nümayəndələri, həmçinin seminarın növbəti günlərində digər Avropa universitetlərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.