Odlar Yurdu Universiteti ICPC müsabiqəsinin regional mərhələsində fərqlənib

30 Dekabr, 2021

Odlar Yurdu Universiteti ICPC müsabiqəsinin regional mərhələsində fərqlənib

Odlar Yurdu Universiteti, “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsində (XVII Azərbaycan Birinciliyi) 4 komanda ilə təmsil olunub və müsabiqənin nəticələrinə görə, komandalarımız fərqlənmə sertifikatına layiq görülüb.

Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Azərbaycanın 24 ali təhsil müəssisəsindən ümumilikdə 87 komanda iştirak edib. Hər komanda 3 tələbə və komanda rəhbərindən ibarət olub. Müsabiqə zamanı iştirakçılara 5 saat ərzində 14 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Odlar Yurdu Universiteti bu mötəbər müsabiqədə Azərbaycan universitetləri arasında 6-cı yeri tutub. Komandalarımızın üzvlərinə fərqlənmə sertifikatları təqdim olunub. Bu nəticə, universitetimizin proqramlaşdırma sahəsindəki gücünü və tələbələrinin yüksək bilik səviyyəsini bir daha nümayiş etdirib.

Odlar Yurdu Universiteti, gələcəkdə daha böyük uğurlar əldə etmək və beynəlxalq müsabiqələrdəki yerini daha da möhkəmlətmək məqsədini daşıyır. Bu cür müsabiqələr, tələbələrimizin təcrübə qazanmaları və dünya miqyasında rəqabətə davamlı olmaları üçün əhəmiyyətli bir platformadır.