Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, UNEC və Sumqayıt Dövlət Universitetinin tələbələri ilə birgə, Odlar Yurdu Universiteti də “Sahibkarlığın təşviqində vergi siyasətinin rolu” mövzusunda onlayn seminar təşkil edib.
Seminarda, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov açılış nitqi ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun erməni işğalçıları üzərində qazandığı tarixi qələbənin əhəmiyyətini vurğulayıb. Kazımov, həmçinin bu qələbənin yüksək əhval-ruhiyyə yaratdığını və dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin daha məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini qeyd etdi. O, tələbələr üçün təşkil edilən təlim və seminarların əhəmiyyətini də xüsusi olaraq vurğuladı.
Seminarda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təlimçiləri Orxan Balayev və Aqşin Əliyev sahibkarlıq fəaliyyətinin hüquqi normaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, vergi ödəyicilərinin uçotu, sahibkarlığın dövlət tənzimlənməsi, dövlətin apardığı islahatlar və vergi siyasətinin sahibkarlığın təşviqində rolu ilə bağlı geniş müzakirələr apardılar. İştirakçılar tərəfindən verilən suallar da ətraflı şəkildə cavablandırıldı.
Görüşdə Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarov iştirak edib. Universitetin müəllim və tələbə heyəti də seminarda fəal iştirak ediblər.