Təhsil Tələbə Krediti Fondu: Odlar Yurdu Universiteti Tələbələri Üçün Dəstək

24 Noyabr, 2021

Təhsil Tələbə Krediti Fondu: Odlar Yurdu Universiteti Tələbələri Üçün Dəstək

Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində yaradılan "Təhsil Tələbə Krediti Fondu" tələbələrə təhsil haqqı ilə bağlı dəstək verir. Bu fondun əsas məqsədi, xüsusilə aztəminatlı ailələrin üzvü olan şəxslər üçün təhsilin əlçatanlığını artırmaq, təhsildə bərabər imkanlar yaratmaq və əhatə dairəsini genişləndirməkdir. Tələbələrə verilən kreditlər dövlət tərəfindən kiçik faizlərlə və uzun müddətə (15-22 il) təklif edilir.

Təhsil Tələbə Krediti iki növ olur: sosial və standart. Sosial təhsil tələbə krediti yalnız sosial həssas təbəqədən olan tələbələrə təklif edilir və onlara güzəştli şərtlərlə verilir. Kreditin normativ müddətində faiz hesablanmır və tələbələrdən geri ödəniş tələb olunmur.

Odlar Yurdu Universiteti tələbələri də bu təhsil krediti imkanlarından yararlana bilərlər. Cari ilin 23 noyabr tarixindən etibarən TTK üçün müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə qəbul olunmağa başlayacaq.