Odlar Yurdu Universiteti, Vətən Müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşına təhsil dəstəyi təqdim edir

20 Sentyabr, 2021

Odlar Yurdu Universiteti, Vətən Müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşına təhsil dəstəyi təqdim edir

2021-2022-ci tədris ilində Odlar Yurdu Universitetinin “Ekologiya” ixtisasının əyani şöbəsinə qəbul olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Ağayev Tapdıq Çingiz oğlunun həyat yoldaşı Ağayeva Gülşən Müdavil qızının təhsil haqqı xərclərinin tam ödənişinin qarşılanmasını Universitet öz üzərinə götürür.

Bu qərar, universitetin sosial məsuliyyətini, millət və dövlət qarşısında yüksək borc hissini və şəhid ailələrinə olan dəstəyini bir daha nümayiş etdirir. Odlar Yurdu Universiteti, şəhid ailələrinə göstərdiyi bu dəstək ilə cəmiyyətə örnək olmağı, gənclərin təhsilinə olan diqqətini və şəhidlərimizin əziz xatirəsinə dərin hörmətini bir daha vurğulayır.

Biz də Gülşən xanımı təbrik edir, təhsildə uğurlar arzulayırıq!