Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilib

06 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilib

06 oktyabr 2022-ci il tarixində Odlar Yurdu Universitetinin Biologiya və ekologiya kafedrasının elmi-metodiki seminarı keçirilmişdir. Seminarda kafedranın müəllimi a.ü.f.d Ramil Sadıqov “Şəmkirçay su anbarı hövzəsi torpaqlarının ekoloji qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, tədqiqat işində ərazinin ArcGIS proqramı vasitəsilə xəritə sxemi işlənib hazırlanmışdır və eyni zamanda ərazilərdə xarakterik torpaq kəsimləri götürülmüş və müasir metodologiyalar və üsullarla analiz olunmuşdur.

Ramil Sadıqovun məruzəsi dinlədikdən sonra ona müxtəlif suallar verilmişdir. OYU-nun Beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektoru prof. Fəxrəddin Məmmədov mövzunun aktual olduğunu vurğulayaraq öz fikirlərini seminar iştirakçıların diqqətinə çatdırmışdır. Odlar Yurdu Universitetinin Elm və innovasiyalar üzrə prorektoru prof. Tərlan Abdullayev mövzunu Scopus və Web of Science elmmetrik bazalarında yerləşdirilməsini tövsiyə etmişdir. Müzakirələr universitet əməkdaşları və dəvət olunan qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.