Odlar Yurdu Universitetinin Psixoloji Diaqnostika İnstitutunun direktor müavini, Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müəllimi David Poladov daxil olduğu komanda ilə birgə "Yüksəliş" müsabiqəsinin finalçıları və qaliblərinin qatıldığı Azərbaycan üzrə “Global Management Challenge” (GMC) yarışında qalib gələrək, İspaniya Krallığında Azərbaycanı təmsil etmə haqqı qazanmışdır. Azərbaycan komandası İspaniya Krallığındakı 40 ölkənin iştirakı ilə baş tutan yarımfinaldan final mərhələsinə yüksələn 6 komandadan biri olmuşdur.