Odlar Yurdu Universitetinin Dillər kafedrasının elmi-metodiki seminarı keçirilib

07 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin Dillər kafedrasının elmi-metodiki seminarı keçirilib

7 oktyabr 2022-ci il tarixində Odlar Yurdu Universitetinin Dillər kafedrasının dosenti, f.ü.f.d. Sevinc Məmmədzadənin “İngilis dilinin sosial və regional variativləri” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda elm və innovasiyalar üzrə prorektor prof. Tərlan Abdullayev, keyfiyyətin təminatı üzrə departamentin rəhbəri dos. E.H. Hüseynov, Dillər kafedrasının müdir müavini, dosent, f.ü.f.d. Səadət Abdurəhmanova və kafedra əməkdaşları iştirak etmişdirlər. Sevinc Məmmədzadə öz çıxışında müasir ingilis dilində mövcud olan regional və sosial dialektlər, onların xüsusiyyətləri, bu dialektlərin bir-birlərinə təsiri və müasir dilçilikdə dil variativliyinin yaratdığı çətinliklər və onların həll yolları məsələlərinə toxunmuşdur. Çıxışdan sonra S. Məmmədzadə iştirakçıların mövzu ilə bağlı suallarını ətraflı cavablandırdı və geniş şəkildə diskussiya aparıldı. Sonda prof. Tərlan Abdullayev mövzu haqqında öz fikirlərini bildirdi. O, mövzunun son dövrlər çox aktual olduğunu və dil mütəxəssislərinin bu sahəyə olan böyük marağını vurğuladı. İngilis dilinin qlobal dil səviyyəsində müasir dilçilər tərəfindən araşdırıldığını, Amerika ingiliscəsinin ingilis dilinin digər variativlərinə böyük təsiri barədə fikir bildirdi. Müzakirə dəvət olunan qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.