Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilib

06 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının elmi-metodiki seminarı keçirilib

Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müəllimi Əfqan Musayevin “Şərq ölkələrinin beynəlxalq maliyyə mərkəzlərinin qrafik təhlili” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda OYU-nun İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.

Çıxışdan sonra Ə. Musayev iştirakçıların mövzu ilə bağlı suallarını ətraflı cavablandırdı və geniş şəkildə diskussiya aparıldı. Sonda prof. Elşad Məmmədov mövzu haqqında öz fikirlərini bildirdi. O, mövzunun son dövrlər çox aktual olduğunu vurğuladı. Müzakirə dəvət olunan qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.