Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilib

10 Oktyabr, 2022

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilib

Odlar Yurdu Universitetinin İnformasiya texnologiyaları və mühəndislik kafedrasının elmi-metodiki seminarı keçirilmişdir. Seminarda OYU-nun Beynəlxalq əlaqələr və keyfiyyətin təminatı üzrə prorektoru professor Fəxrəddin Məmmədov “21-ci əsrdə müəllim və tələbələrdən əvvəl tələb olunan bacarıqlar” mövzusunda təqdimatla çıxış etmişdir. Professor Fəxrəddin Məmmədovun məruzəsi dinlədikdən sonra ona müxtəlif suallar verilmişdir. OYU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. Tərlan Abdullayev mövzunun aktual olduğunu vurğulayaraq öz fikirlərini seminar iştirakçıların diqqətinə çatdırmışdır. Müzakirələr universitetin professor-müəllim heyəti və dəvət olunan qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.