Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi Mayıl Orucov, akademik fəaliyyətləri və təhsil sahəsindəki müstəsna töhfələri nəzərə alınaraq, Swiss Montreux Business School tərəfindən iqtisadiyyat üzrə fəxri professor adı ilə təltif edilmişdir. Bu fəxri ad, onun beynəlxalq səviyyədə əldə etdiyi elmi uğurların və tədris fəaliyyətinin tanınmasının bariz nümunəsidir.
Mayıl müəllimin, bu böyük uğurunu təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər əldə etməyini arzulayırıq!
Əziz tələbələr, nəzərinizə çatdırmaq istəyirik ki, Odlar Yurdu Universiteti ilə Swiss Montreux Business School arasında mövcud olan ikili diplom proqramı tələbələrimizə hər iki universitetin diplomunu əldə etmək imkanı tanıyır. Bu proqram, tələbələrin qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır və beynəlxalq təhsil təcrübəsi qazanmaq üçün geniş imkanlar yaradır.
İkili diplom proqramı ilə bağlı əlavə məlumat əldə etmək və müraciət etmək istəyənlər 0554658527 nömrəsi ilə əlaqə saxlaya bilər və ya şəxsi mesaj vasitəsilə suallarını ünvanlaya bilərlər.