Diqqət! Diqqət!
Əziz tələbələr! Sizləri 22 oktyabr 2022-ci il tarixində saat 11:00-da Odlar Yurdu Universitetində keçiriləcək proqramlaşdırma olimpiadasında iştirak etməyə dəvət edirik.
Proqramlaşdırma olimpiadasında 1-ci, 2-ci və 3-cü yerləri tutan tələbələrə xüsusi mükafat təqdim ediləcək. Olimpiadaya qoşulmaq istəyən bütün bakalavr və magistr tələbələri qeyd olunan QR kodunu skan etməklə, oktyabr ayının 20-ə qədər qeydiyyatdan keçməlidirlər. Tapşırıqları yerinə yetirmək üçün lazım olan proqramlaşdırma dilləri: “C++”, “Java”, “Python”, “C#”.