Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının müdiri professor Rəşid Cabbarovun “Müasir dərsə verilən psixoloji tələblər” mövzusuna həsr olunmuş elmi-metodiki seminarı baş tutmuşdur. Seminarda müasir dərs anlayışına aydınlıq gətirilmişdir və ənənəvi dərslərdən onun fərqli cəhətləri göstərilmişdir. Seminarda OYU-nun Magistratura və MBA şöbəsinin dekanı, dosent Samirə Vəliyeva, həmçinin Psixologiya, pedaqogika və sosial fənlər kafedrasının professor-müəllim heyəti iştirak etmişdir.
Çıxışdan sonra professor R. Cabbarov iştirakçıların mövzu ilə bağlı suallarını ətraflı cavablandırdı və geniş şəkildə diskussiya aparıldı. Sonda dos. Samirə Vəliyeva mövzu haqqında öz fikirlərini bildirdi. O, mövzunun son dövrlər çox aktual olduğunu vurğuladı. Müzakirə dəvət olunan qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.