Odlar Yurdu Kollecinin əməkdaşı Səftər Ağayev İctimai Televiziyanın “MAG” verilişinin növbəti buraxılışında qonaq qismində iştirak etmişdir. Veriliş zamanı o, Azərbaycanda dublyaj sahəsinin hazırkı vəziyyəti, mövcud çətinliklər və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmışdır.
Səftər Ağayev çıxışında peşəkar səsləndirmənin önəmi, tərcümələrin keyfiyyəti və yerli kontentin artırılması kimi aktual məsələlərə toxunaraq, bu sahədə aparılmalı islahatlar və atılmalı addımlar barədə təkliflərini irəli sürmüşdür. O, həmçinin gənc mütəxəssislərin yetişdirilməsi, peşəkar təlimlərin təşkili və beynəlxalq təcrübələrin tətbiqi ilə dublyaj sənətinin inkişaf etdirilməsinin mümkünlüyünü vurğulamışdır.
Onun səsləndirdiyi fikirlər və verdiyi tövsiyələr sahə üzrə mütəxəssislər və ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.