OYU nümayəndəsi Türkiyədə keçirilən “Startap Sprint” tədbirində iştirak etmişdir

10 Aprel, 2025

OYU nümayəndəsi Türkiyədə keçirilən “Startap Sprint” tədbirində iştirak etmişdir
Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin rəhbəri Revanə Göyüşlü İnnovasiya və rəqəmsal inkişaf agentliyinin dəstəyi ilə Qlobal sahibkarlıq akademiyası (Students Academy for Global Entrepreneurship - SAGE HQ) tərəfindən Türkiyənin Anabilim okulları tədris müəssisəsində təşkil olunan “Startap Sprint” təlimində mentor qismində iştirak etmişdir.
Təlim zamanı Rəvanə Göyüşlü müxtəlif startap komandalarına mentorluq edərək onların biznes modellərinin təkmilləşdirilməsi, ideyaların inkişafı və təqdimat bacarıqlarının gücləndirilməsi istiqamətində dəstək göstərmişdir. Bununla yanaşı, Türkiyənin innovasiya ekosistemində fəaliyyət göstərən yeni startaplar və qabaqcıl şirkətlərlə də tanışlıq imkanı əldə etmişdir.
Səfər çərçivəsində “ArkHaus” innovasiya icması tərəfindən keçirilən “Beynəlxalq uğurlar” adlı müzakirə sessiyasında iştirak edən Rəvanə Göyüşlü, iştirakçılarla innovasiya və universitet mühitində sahibkarlığın təşviqi mövzularında müxtəlif müzakirələr etmiş, yeni əlaqələrin yaradılmasına təşəbbüs göstərmişdir.
Eyni zamanda Akbankın innovasiyalar üzrə mərkəzində olmuşdur və orada Startap komandaları ilə tanış olmuşdur.
Bu beynəlxalq iştirak Odlar Yurdu Universitetinin innovasiya və sahibkarlığın inkişafı istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir. Tədbir çərçivəsində əldə edilən təcrübə və qurulan tərəfdaşlıqlar universitetdə innovativ düşüncə və startap mədəniyyətinin inkişafına töhfə verməyə davam edəcək.