Tədbirin açılışında 20-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavadın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri OYU-nun Filologiya və humanitar fənnlər kafedrasının müdir müavini, dos. Osman Musayev açaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyat və yaradıcılığından bəhs edən maraqlı fikirlər səsləndirmişdir.
Daha sonra Odlar Yurdu Univeriseti və kolleci tələbələrinin çıxışları baş tutmuşdur. Çıxışlarda Əhməd Cavadın həyat və yaradıcılığı, AXC dövründəki fəaliyyəti, müharibə dövründəki vətənpərvərliyi və repressiya dövrü haqqında bəhs edilmişdir, həmçinin Ə. Cavadın “Azərbaycan bayrağına” və “Mən türk övladıyam” şeirləri səsləndirilmişdir.
Sonda Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Azəri Türkan təşkilatçısı olduğu tədbirə gələn qonaqlara və iştirakçılara öz təşəkkürünü bildirmişdir.