Odlar Yurdu Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəkanın Gözündən – Zərifə Əliyeva xatirə yarışı” adlı məntiq və bilik yarışı təşkil olunmuşdur. Bu yarış Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın əziz xatirəsinə həsr edilmişdir.
Yarışda Odlar Yurdu Universitetinin müxtəlif tələbə təşkilatları – Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Elmi Cəmiyyəti fəal şəkildə iştirak etmişdir. Nəticələrə əsasən, Tələbə Gənclər Təşkilatının “Zərif Güc” komandası birinci yerə, Tələbə Həmkarlar Təşkilatının “Əbədi sətirlər” komandası ikinci yerə, Tələbə Elmi Cəmiyyətinin “Zəfər işığı” komandası isə üçüncü yerə layiq görülmüşdür.
Odlar Yurdu Universitetində təşkil olunan bu cür bilik və məntiq yarışları tələbələrin intellektual inkişafına, analitik düşünmə qabiliyyətlərinin formalaşmasına və sağlam rəqabət mühitinin yaradılmasına mühüm töhfə verməkdədir.