Odlar Yurdu Universitetində Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə “Musiqisevərlər” klubunun “Bir sözlə musiqi” adlı intellektual layihəsi keçmişdir. Bu layihə, tələbələrin musiqi sahəsindəki biliklərini inkişaf etdirmək və onların intellektual mühitdə əylənərək öyrənmələrini təmin etmək məqsədini daşımışdır.
Layihə, yüksək səviyyədə təşkil olunmuş intellektual yarış formatında həyata keçirilmışdır. Ümumilikdə 8 komanda yarışda iştirak etmiş və püşkatma nəticəsində seçilən iki komanda hər raundda 5 sualdan ibarət oyunla öz bacarıqlarını nümayiş etdirmişdir. Suallar musiqi sənəti, musiqi tarixi, klassik və müasir musiqi nümunələri barədə olmuşdur. Komandalar bu maraqlı və əyləncəli oyun vasitəsilə həm biliklərini sınamış, həm də unudulmaz anlar yaşamışlar.
“Bir sözlə musiqi” layihəsinin əsas məqsədi tələbələrin musiqi sahəsindəki biliklərini daha da genişləndirmək, onlara əyləncəli və intellektual bir atmosferdə öyrənmə imkanı yaratmaq olmuşdur. Tədbirin sonunda münsiflər heyətinin qərarı ilə yarışın qalibləri müəyyən olunmuş və onlar Odlar Yurdu Universiteti tərəfindən sertifikatlarla təltif edilmişdir.
Qalib komandalar:
I yer – “Melodiya” komandası
II yer – “Qanadlı nəğmə” komandası
III yer – “Notların ruhu” komandası
Odlar Yurdu Universiteti olaraq, qalib gələn komandaları təbrik edir, onların gələcəkdə də müvəffəqiyyətlər əldə etmələrini arzu edirik. Bu layihə, tələbələrin yalnız biliklərini deyil, eyni zamanda yaradıcılıq potensialını ortaya çıxarmaq, əylənərək öyrənməyi təşviq etmək üçün mükəmməl bir platforma yaratmışdır. Universitetimiz, bundan sonra da tələbələrinin innovativ təşəbbüslərini dəstəkləyərək onların inkişafına şərait yaradacaqdır.