Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatı və Üzeyir Hacıbəylinin ev-muzeyinin birgə təşkilatçılığı ilə “İncəsənət” adlı yaradıcılıq müsabiqəsi keçirilmişdir.
Sevindirici haldır ki, bu mötəbər tədbirdə Odlar Yurdu Universitetinin istedadlı tələbələri müxtəlif nominasiyalar üzrə yüksək nəticələr göstərərək universitetimizi layiqincə təmsil etmiş və qalib adını qazanmışlar.
Bədii qiraət nominasiyası üzrə:
1-ci yer – Odlar Yurdu Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Ayna Məmmədova
1-ci yer – Maliyyə ixtisasının tələbəsi Leyla Məmmədova
2-ci yer – Xarici dil müəllimliyi ixtisasının tələbəsi Bahar Gözəlova
3-cü yer – Biologiya ixtisasının tələbəsi Gülbəst Kərimova
1-ci yer – Kompüter mühəndisliyi ixtisasının tələbəsi Nuru Xudaverdiyev
2-ci yer – Turizm işinin təşkili ixtisasının 32 tələbəsi Səməd Muradov
2-ci yer – Psixologiya ixtisasının tələbəsi Fiyzə Kazımova
3-cü yer – Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbəsi Rəhilə Dadaşova
1-ci yer – Mühasibat uçotu ixtisasının tələbəsi Elmina İbadova
İnşa-yazı nominasiyası üzrə:
1-ci yer – Odlar Yurdu Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Həsən Qurbanlı
Müsabiqədə fərqlənərək yüksək nəticələr göstərən tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Bu nailiyyətlər bir daha göstərir ki, Odlar Yurdu Universiteti təkcə akademik sahədə deyil, həm də incəsənət və yaradıcılıq yönümlü təşəbbüslərdə parlaq istedadların yetişdiyi elm ocağıdır.
Odlar Yurdu Universiteti istedadlı gənclərin inkişafına hər zaman dəstək verməyə davam edir.