Odlar Yurdu Universitetinin tələbələri Bakı Marafonu 2025-də iştirak etmişlər

09 May, 2025

Odlar Yurdu Universitetinin tələbələri Bakı Marafonu 2025-də iştirak etmişlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan və artıq ənənəvi olaraq keçirilən Bakı Marafonu 2025 böyük marağa səbəb olmuşdur. “Küləyə qalib gəl” şüarı ilə baş tutan marafon bu il rekord sayda, təxminən 28 min iştirakçının qeydiyyatdan keçməsi ilə diqqət çəkməyi bacarmışdır.
Marafonun iştirakçıları arasında Odlar Yurdu Universitetinin tələbələri də yer almışlar. Universitetin gənc nümayəndələri, fiziki hazırlıqlarını və əzmkarlıqlarını sınayaraq bu əlamətdar tədbirdə iştirak etmişlər. Tələbələrimizdən Aysel Həsənquluzadə, Vüsal Əliyev, Yasin Salahov, Züleyxa Əskərova, Nəsib Mahmudov, Elmir Həsənov və Elza Cəfərova kimi gənclər, öz fiziki bacarıqlarını nümayiş etdirərək marafona qoşulmuşlar.
Tədbir yalnız fiziki gücü sınamaqla kifayətlənməmiş, həm də sağlam həyat tərzinin təşviq edilməsi baxımından əhəmiyyətli bir platforma rolunu oynamışdır. Marafona qatılan digər iştirakçılar və idmançılar, yarışın yüksək təşkilatçılığını və atmosferini müsbət qiymətləndirmişlər.
Odlar Yurdu Universitetinin tələbələrinin bu cür tədbirlərdə iştirak etməsi, onların şəxsi inkişafına və cəmiyyətə müsbət töhfə vermələrinə imkan yaratmışdır.