OYU əməkdaşı “EduHack 2025” hakatonunda Odlar Yurdu Universitetini uğurla təmsil etmişdir

06 May, 2025

OYU əməkdaşı “EduHack 2025” hakatonunda Odlar Yurdu Universitetini uğurla təmsil etmişdir
Bakı Avrasiya Universitetində keçirilmiş “EduHack 2025: Öyrənmənin Gələcəyinə İnnovasiya” adlı beynəlxalq hakatonda Odlar Yurdu Universitetinin Startap və inkubasiya mərkəzinin rəhbəri, Riyaziyyat və rəqəmsal texnologiyalar kafedrasının müəllimi Rəvanə Göyüşlü spiker qismində çıxış edərək universitetin innovativ təhsil vizyonunu uğurla təcəssüm etdirmişdir.
Çıxışında Rəvanə Göyüşlü gənclərin innovasiya potensialının reallaşdırılması, startap mədəniyyətinin formalaşması və təhsil sahəsində tətbiq edilə bilən texnoloji həllərin strateji əhəmiyyəti haqqında dəyərli fikirlərini bölüşmüşdür. O, qeyd etmişdir ki, müasir dünyada təhsil texnologiyalarına dayanan kreativ yanaşmalar həm fərdi inkişaf, həm də cəmiyyətin tərəqqisi baxımından mühüm rol oynayır.
Rəvanə Göyüşlü yalnız spiker kimi deyil, eyni zamanda mentor olaraq da Odlar Yurdu Universitetinin tələbələrinə yaxından dəstək göstərmiş, onların layihələrinin hazırlanması və təqdimatı prosesində bilik və təcrübəsini səfərbər etmişdir. Onun rəhbərliyi ilə tələbələr təhsil texnologiyaları sahəsində uğurlu və yaradıcı həllər irəli sürmüşlər.
Odlar Yurdu Universitetinin innovasiya yönümlü inkişaf strategiyasının fəal təmsilçisi olan Rəvanə Göyüşlü bu tədbirdəki çıxışı və fəaliyyəti ilə universitetin gənclərə verdiyi dəyəri və dəstəyi bir daha nümayiş etdirmişdir. Belə platformalarda nümayiş etdirilən peşəkar yanaşmalar Odlar Yurdu Universitetinin təhsil məkanında aparıcı mövqeyini möhkəmləndirməkdə davam edir.