Əziz abituriyentlər!
Odlar Yurdu Kollecinə qəbulunuz münasibətilə sizi ürəkdən təbrik edirik.
Diqqət!
Qeydiyyat üçün ilk addım olaraq portal.edu.az saytında qeydiyyatdan keçməlisiniz (heç bir sənəd yükləmədən).
Qeydiyyat addımları
İlk mərhələ: portal.edu.az saytında qeydiyyat.
Növbəti mərhələ: təhsil haqqının ödənişi.
Ödəniş üsulları
Universitetdə pos-terminal vasitəsilə (kredit və ya debet kartı ilə).
Qəbz portalda “Digər” bölməsi seçilərək yüklənməlidir.
eManat terminalları vasitəsilə.
Qəbz portalda “Digər” bölməsi seçilərək yüklənməlidir.
Portal üzərindən onlayn ödəniş (bank kartı ilə).
Ödəniş sistemə avtomatik yüklənir.
ABB bank filialları vasitəsilə.
Ödəniş sistemə avtomatik yüklənir.
Əgər portal.edu.az saytında bu bildiriş görünürsə:
“Müraciətiniz müəssisə tərəfindən qəbul edildi. Təhsil həyatınızda sizə uğurlar arzulayırıq.”
– bu o deməkdir ki, artıq Odlar Yurdu Kollecində qeydiyyatınızı uğurla tamamlamısınız.
Qeyd: Qeydiyyat yalnız təhsil haqqı ödənildikdən sonra tamamlanır.
Qeydiyyatın son tarixi: 17 sentyabr 2025-ci il, saat 18:00.
Bu vaxta qədər qeydiyyatını tamamlamayan abituriyentlərin tələbə statusu ləğv ediləcək.
Kollecimizə təqdim olunacaq sənədlər barədə məlumat sizə dərslər başladıqdan sonra veriləcək. İndidən sənədləri gətirməyiniz tələb olunmur və sağlamlıq arayışı tələb edilmir.
Əlaqə: 055 465 85 27
Ünvan: Koroğlu Rəhimov 13, Odlar Yurdu Universitetinin binası (Gənclik metrosunun yaxınlığında)