OYU-da ekoloji maarifləndirməyə həsr olunmuş ekskursiya və onun davamı olaraq elmi-metodiki seminar təşkil edilmişdir

14 Noyabr, 2025

OYU-da ekoloji maarifləndirməyə həsr olunmuş ekskursiya və onun davamı olaraq elmi-metodiki seminar təşkil edilmişdir

Odlar Yurdu Universitetinin Təbiət və texnologiyalar fakültəsinin tələbələri üçün Biologiya və ekologiya kafedrasının təşkilatçılığı ilə ekoloji maarifləndirmə məqsədli ekskursiya həyata keçirilmişdir. Kafedranın dosenti Tamilla Kərimova və baş müəllimi Sevinc Abbasovanın rəhbərliyi ilə baş tutan ekskursiya zamanı tələbələr Balaxanı Sənaye Parkında tullantıların emalı, ekoloji təhlükəsizlik prosesləri və müasir ekoloji texnologiyalar haqqında ətraflı məlumat əldə etmişlər. Ekskursiya tələbələrdə ekoloji biliklərin artırılması və real mühitdə praktik müşahidələrin aparılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Ekskursiyanın davamı olaraq Odlar Yurdu Universitetində “Təmiz şəhər və sağlam gələcək” mövzusunda elmi-metodiki seminar keçirilmişdir. Seminar Biologiya və ekologiya kafedrasının baş müəllimi Sevinc Abbasova tərəfindən aparılmışdır. Tədbir zamanı ekoloji mədəniyyətin formalaşdırılması, şəhər mühitinin sağlamlaşdırılması və tullantıların düzgün idarə olunmasının elmi əsasları müzakirə olunmuş, tələbələr mövzu üzrə sual-cavab və fikir mübadiləsində fəal iştirak etmişlər.
Odlar Yurdu Universiteti bu cür ardıcıl tədbirlərlə tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə uzlaşdırılmasını, ekoloji savadlılığın artırılmasını və dayanıqlı inkişaf prinsiplərinə uyğun elmi dünyagörüşün formalaşdırılmasını daim diqqət mərkəzində saxlayır.