OYU-da “Milli teatr ənənələri və müasir aktyorluq” mövzusunda seminar keçirilib

06 Mart, 2026

OYU-da “Milli teatr ənənələri və müasir aktyorluq” mövzusunda seminar keçirilib

Odlar Yurdu Universitetində “Milli teatr ənənələri və müasir aktyorluq” mövzusunda seminar keçirilib.

Odlar Yurdu Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və nəzdində fəaliyyət göstərən “Teatr” klubunun birgə təşkilatçılığı ilə “Milli teatr ənənələri və müasir aktyorluq” mövzusunda seminar keçirilib.

Seminarın qonağı Prezident mükafatçısı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov olub.

Tədbir zamanı qonaq Azərbaycan teatrının zəngin ənənələri, müasir aktyorluq sənətinin xüsusiyyətləri və səhnə mədəniyyəti haqqında tələbələrə maraqlı məlumatlar verib. Rəşad Səfərov aktyorluq sənətində peşəkarlığın formalaşması, səhnə təcrübəsi və gənclərin bu sahəyə marağının artırılması barədə fikirlərini bölüşüb.

Seminar interaktiv mühitdə keçib, tələbələr aktyorla maraqlı sual-cavab müzakirəsi aparıblar. Tədbirin sonunda tələbələr qonaqla xatirə şəkilləri çəkdiriblər.