ODLAR YURDU UNİVERSİTETİNDƏ VAKANSİYA

24 Aprel, 2026

72
ODLAR YURDU UNİVERSİTETİNDƏ VAKANSİYA

 

Odlar Yurdu Universiteti “İngilis dilində tədrisin təşkili” fakültəsinin dekanı vəzifəsinə vakansiya elan edir.

 Namizədə aid tələblər: 

  • Profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad;
  • Ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə;
  • Rəhbər vəzifədə iş təcrübəsi;
  • Akademik və inzibati idarəetmə bacarığı  
  • Kollektivlə işləmə, qərarvermə qabiliyyəti.

 

Tələb olunan sənədlər: 

  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri
  • Elmi və elmi-metodiki işlərin siyahısı
  • Kadrlar uçotunun şəxsi vərəqəsi
  • Tərcümeyi-hal
  • Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.

 

Müraciət qaydası:

Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Koroğlu Rəhimov 13) İnsan Resursları departamentinə təqdim edə bilərlər.

  

Son müraciət tarixi:

Elan yerləşdirildiyi tarixdən etibarən 30 gün