Odlar Yurdu Universitetinin Biologiya və Ekologiya kafedrasının Ekologiya ixtisası üzrə IV kurs tələbələri kafedranın müəllimi Məcidova Ləmanın rəhbərliyi ilə istehsalat təcrübələrini Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda davam etdirirlər.
Təcrübə müddətində tələbələr ekologiya sahəsində əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə möhkəmləndirir, institutun laboratoriya və tədqiqat prosesləri ilə yaxından tanış olurlar. Bu proses onların peşəkar bacarıqlarının inkişafına və gələcək fəaliyyətlərinə mühüm töhfə verir.
Qeyd edək ki, istehsalat təcrübələri tələbələrin akademik biliklərini praktik mühitdə tətbiq etmələrinə və ixtisas üzrə təcrübə qazanmalarına geniş imkan yaradır.
Odlar Yurdu Universiteti tələbələrimizə təcrübə fəaliyyətlərində uğurlar arzulayır.