Odlar Yurdu Universiteti kafedra müdiri vəzifəsinə vakansiya elan edir

17 Aprel, 2026

54
Odlar Yurdu Universiteti kafedra müdiri vəzifəsinə vakansiya elan edir

Odlar Yurdu Universiteti İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasında kafedra müdiri vəzifəsinə vakansiya elan edir.

Vakansiya üzrə namizədlərdən ali təhsil, elmi dərəcə və elmi adın olması tələb olunur. Namizədlər ali təhsil müəssisəsində minimum 5 illik elmi-pedaqoji təcrübəyə malik olmalı, rəhbər vəzifədə iş təcrübəsi, elmi əsərləri və tədris-metodik işləri olmalıdır. Eyni zamanda yüksək təşkilatçılıq və liderlik bacarıqları əsas seçim meyarları sırasındadır.

Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil və elmi dərəcə haqqında sənədlərin surətləri, elmi və elmi-metodik işlərin siyahısı, kadrlar uçotu üzrə şəxsi vərəqə və tərcümeyi-hal (CV).

Müraciətlər Odlar Yurdu Universitetinin rektorunun adına ərizə ilə birlikdə elektron qaydada və ya universitetin inzibati binasında (Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 13) İnsan resursları departamentinə təqdim edilə bilər.

Vakansiya üzrə müraciətlərin qəbulu üçün son tarix 30 aprel 2026-cı ildir.