Odlar Yurdu Universitetində Biologiya və Ekologiya kafedrasının müəllimi Vəliyeva Aytənin rəhbərliyi ilə 850 və 851-ci qrup tələbələri Torpaqşünaslıq fənni çərçivəsində torpağın turşuluq və qələvilik xüsusiyyətlərini müqayisəli şəkildə araşdırmışlar.
Təcrübə zamanı torpağın kimyəvi xüsusiyyətlərinə əsaslanaraq müxtəlif indikatorlardan – qırmızı kələm ekstraktı, çay, kofe və soda məhlullarından istifadə olunaraq torpağın pH mühiti müşahidə edilmişdir.
Qırmızı kələm ekstraktı təbii indikator kimi tətbiq olunmuş və rəng dəyişiklikləri əsasında torpağın turş, qələvi və ya neytral olması müəyyən edilmişdir.
Təcrübənin nəticələri göstərmişdir ki:
• Rəngin qırmızı və ya çəhrayıya çevrilməsi torpağın turş mühitə malik olduğunu göstərir.
• Rəngin mavi və ya yaşıl olması torpağın qələvi mühitə malik olduğunu göstərir.
• Çay və kofe məhlulları zəif turş mühit yaradır və indikatorun rəngində uyğun dəyişikliklər müşahidə olunur.
• Soda məhlulu ilə aparılan testlərdə isə qələvi mühitə xas reaksiyalar qeydə alınır.
Bu təcrübə tələbələrə torpağın kimyəvi xüsusiyyətlərini praktiki olaraq öyrənmək, müxtəlif indikatorlar vasitəsilə pH mühitini müqayisəli şəkildə qiymətləndirmək və elmi müşahidə bacarıqlarını inkişaf etdirmək imkanı verir. Eyni zamanda, ekoloji biliklərin möhkəmləndirilməsinə və analitik düşüncə qabiliyyətinin formalaşmasına xidmət edir.
İnformasiya və ictimaiyyətlə əlaqələr departamenti
(+994 55) 465 85 27